Ermənistan-İran yolu təmir olunur- VİDEO



Nəşr edilib: 15:14 13/10/2021 Baxış sayı: 1678
Müəllif:

İrəvan-Yerasx-Gorus-Mehri-İran sərhədi dövlətlərarası yolun bir neçə hissəsində inşaat işləri aparılır.

“Qafqazinfo” Ermənistanın “Yol departamenti” dövlət qeyri-hökumət təşkilatına istinadən xəbər verir ki, təqribən 17 km uzunluqda yolda asfalt çəkilməsi işi aparılır.

Yolda aparılan işlərin cari ilin sonuna qədər başa çatacağı gözlənilir.

Bildirilir ki, yolun təmiri Ermənistanın dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilir.


Рейтинг@Mail.ru