Azərbaycanda “Whatsapp” səs yazısı valideynləri vahiməyə salıb – DİN-dən AÇIQLAMA – AUDİO



Nəşr edilib: 11:59 13/10/2021 Baxış sayı: 1130
Müəllif:

Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı məlumatlar və səs yazıları yayılıb.

BAKU.WS xəbər verir ki, valideynlərin “Whatsapp” qruplarında səs yazıları yayılır. Bildirilir ki, Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd halları baş verir.

Səsi yayılan şəxs bildirib ki, uzun saqqallı, sarışın bir kişi məktəblərə daxil olur və azyaşlı uşaqları oğurlamağa çalışır. Bundan başqa, məhlələrə və həyətlərə girib, uşaqları aparmağa çalışır.

Hətta bildirilir ki, bu barədə polisə də bu barədə şikayət edilib.

Valideynləri təşvişə salan bu xəbərlərə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, “Whatsapp” qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır.

“Tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”.


Рейтинг@Mail.ru