Yanğınsöndürənlərimizin qardaş Türkiyədə alovla savaşı – VİDEO



Nəşr edilib: 17:46 31/07/2021 Baxış sayı: 236
Müəllif:

Ötən gün Türkiyədə baş verən genişmiqyaslı yanğınların qarşısını almaq üçün ölkəmizdən Türkiyəyə 500 nəfərdən ibarət şəxsi heyət, helikopterlər, digər lazımi avadanlıq və ləvazimatlar göndərilib.

Medianews.az xəbər verir ki, hazırda Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri hadisə yerlərinə cəlb olunaraq işləməyə başlayıblar.

Onların görüntüləri bir çox mətbuata orqanlarında işıqlandırılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fədakarlıqları ilə diqqət çəkiblər.

Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsində təyyarə, helikopter, pilotsuz uçan aparat və digər texnikalardan istifadə olunur.


Рейтинг@Mail.ru