Azərbaycan növbəti yanğın-xilasetmə qüvvələrini qardaş ölkəyə göndərir – SİYAHI



Nəşr edilib: 18:36 31/07/2021 Baxış sayı: 154
Müəllif:

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyəyə yola düşəcək.

FHN-dən Medianews.az-a verilən məlumata görə, yanğın-xilasetmə qrupuna aşağıdakılar daxildir;

– 1 ədəd helikopter,

– 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları,

– 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.


Рейтинг@Mail.ru