Dubayda istilərlə mübarizədə süni yağışdan istifadə olunur



Nəşr edilib: 7:33 22/07/2021 Baxış sayı: 275
Müəllif:

Hava hərarətinin 50 dərəcəyə qədər yüksəldiyi Birləşmiş Ərəb Əmirliklərində istilərlə mübarizədə qeyri-adi üsuldan istifadə edilir.

“Haber Global”ın məlumatına görə, bu məqsədlə ölkədə süni yağış texnologiyası tətbiq olunur.

İngiltərənin Ridinq Universitetinin alimləri tərəfindən hazırlanan texnologiya dronlar vasitəsilə buludlara elektroşok verilməsini nəzərdə tutur. Bu üsulla Dubayda intensiv yağışlar yağdırılır.

Qeyd edək ki, BƏƏ ildə 78 millimetr yağıntı səviyyəsilə dünyanın 10 ən quralıq ərazisindən biri hesab olunur.


Рейтинг@Mail.ru