Fulya Öztürk: “İki həmkarımın ölüm xəbəri məni dərindən sarsıtdı”



Nəşr edilib: 17:05 10/06/2021 Baxış sayı: 110
Müəllif:

“İki həmkarımın, azərbaycanlı jurnalistlərin ölüm xəbəri hamı kimi, məni də dərindən sarsıtdı”.

Medianews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu türkiyəli jurnalist, “CNN türk” telekanalının müxbiri Fulya Öztürk bildirib.

Erməni vəhşiliyinə qarşı səfərbər olmağın vacibliyini vurğulayan F.Öztürk deyib: “Buradan bütün dünyaya erməni vəhşiliyinin qarşısının alınması üçün səfərbər olmağın vaxtının çoxdan çatdığı mesajını vermək istəyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, media dünyasına və şəhidlərin ailələrinə başsağlığı verirəm”.


Рейтинг@Mail.ru