Rüstəm Muradov Moskvaya geri çağırıla bilər – VİDEO



Nəşr edilib: 14:28 11/05/2021 Baxış sayı: 830
Müəllif:

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Moskvaya geri çağırıla bilər.

Çünki, onun əmək müqaviləsinin müddəti mayın 13-də başa çatır. Rüstəm Muradovun ötən müddətdə Qarabağdakı fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.

Ekspertlərin fikrincə Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyib. Həmçinin, Rüstəm Muradovun ölkəsinin Müdafiə Nazirliyindən təlimatlar aldığını nəzərə alsaq, bu zaman Rusiyanın Qarabağda sülhyaratma missiyasının fəaliyyəti də şübhə altında düşür.

Təbii ki, Qarabağda Rusiya sülhməramlılarının məsuliyyətində olan ərazilər Azərbaycana aiddir. Biz də öz ərazilərimizə nəzarəti bərpa edəcəyik. Rusiya və Ermənistanın bunu istəyib-istəməməsi isə heç bir əhəmiyyət daşımır. Çünki söhbət Azərbaycanın suveren hüquqları və ərazi bütövlüyündən gedir.

Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:


Рейтинг@Mail.ru