Lənkəranskinin qardaşının restoranında saxlanılan şəxslərin adları məlum oldu



Nəşr edilib: 11:26 23/02/2021 Baxış sayı: 1811
Müəllif:

Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevə məxsus “Neon” restoranında keçirilən əməliyyat zamanı dörd nəfər saxlanılıb.

Medianews.az “unikal.org”a istinadən xəbər verir ki, saxlanılan Əfqan Quliyev, Camal Həsənov, Aydın Aydınlı və Azər Şıxıyevin üzərindən narkotik vasitə və silah aşkarlanıb.

Məhkəmənin qərarı ilə saxlanılan dörd şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onlar Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.


Рейтинг@Mail.ru