Alimlər planetimizdə yeni buz dövrü barədə xəbərdarlıq ediblər



Nəşr edilib: 13:23 14/01/2021 Baxış sayı: 315
Müəllif:

Böyük Britaniyanın Kardiff Universitetinin alimləri hesab edirlər ki, Antarktikada aysberqlərin əriməsi planetimizdə bir sıra fəsadlara yol açacaq.

Medianews.az “Report”a istinadən xəbər verir ki, bu, zəncirvari reaksiyası doğura, Yer kürəsində yeni buz dövrü başlaya bilər.

Tədqiqatçılar qeyd ediblər ki, əriyən aysberqlər şirin suyu Atlantik okeanına qarışdırır. Bu prosesə görə okeanın dövriyyəsində dəyişikliklər baş verir, yəni planeti iqlimin kəskin dəyişikliyi, o cümlədən soyuması təhlükəsi gözləyir.

Alimlər müəyyənləşdiriblər ki, son 1,6 milyon il ərzində hər buz dövrünün başlanğıcında aysberqlərin əriməsi ilə okeanın dövriyyəsinin arasında əlaqə olub.

Xatırladaq ki, artıq bir müddətdir, Antarktidada aysberqlərin əriməsi prosesi baş verir. Bu yaxınlarda planetimizin ən böyük aysberqinin parçalanması barədə məumatlar yayılıb.


Рейтинг@Mail.ru