Toylar nə vaxtdan başlaya bilər? – AÇIQLAMA



Nəşr edilib: 14:09 13/01/2021 Baxış sayı: 501
Müəllif:

“Sərt karantin rejimi gözlənilən kimi fayda verdi”.

Bunu Milli.Az-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib.

O, peyvəndləmə başlayandan sonrakı ilk bir neçə ayın nəticələri barədə də danışıb:

“Sərt karantin rejiminin tətbiqindən sonra yoluxma sayında azalmalar müşahidə etdik. Üstəlik də peyvəndləmə başladıqdan, əhalinin böyük qrupu peyvəndləndikdən sonra biz artıq rahatlaşa bilərik. Peyvəndləmə başlayandan sonrakı ilk bir neçə ayda təbii ki, nəticəni görmək mümkün olmaya bilər, hələ də yoluxmalar davam edəcək. Çünki ilk başda risk qrupunda olan insanlarda peyvəndləmə aparılacaq. Bura tibb işçiləri, yaşlılar, xroniki xəstəliyi olanlar və s. daxildir. Ondan sonra da yavaş-yavaş əhalinin digər qrupları peyvəndlənəcək.

Deyərdim ki, 2021-ci ilin axırlarına biz nəticələrdə fərqlilik görməyə başlaya bilərik. Yəni, daha rahat ola bilərik. Ümid edək ki, bu zaman kütləvi tədbirlər, toy-nişan mərasimləri də bərpa olunmağa başlayacaq”.


Рейтинг@Mail.ru