Gəncə sakini: “Qardaşım dörd övladı dağıntılar altındadır” – VİDEO



Nəşr edilib: 8:46 17/10/2020 Baxış sayı: 1491
Müəllif:

“Qardaşım qalmışdı, onu yaralı halda dağıntılar altından çıxartdıq”.

Baku TV xəbər verir ki, bu sözləri Gəncə sakini Elçin Məmmədov deyib.

O bildirib ki, düşmənin Gəncəyə raket hücumu nəticəsində qardaşının dörd övladı dağıntılar altında qalıb:

“Qardaşımın dörd övladı hələ də dağıntılar altındadır. Onlar 33, 18, 11, və 7 yaşlarındadırlar.  Dağılan evlərdə 60-ya yaxın insan yaşayırdı”.

Xatırladaq ki, ilkin məlumatlarda hadisə nəticəsində 6 nəfərin həlak olduğu, 35 nəfərin yaralandığı, dağıntılar altında qalanların olduğu bildirilir.


Рейтинг@Mail.ru