Məktəblərin açılması nə zamana planlaşdırılır? – RƏSMİ AÇIQLAMA



Nəşr edilib: 14:57 08/08/2020 Baxış sayı: 295
Müəllif:

Məktəblərin, tədrisin bərpası çox önəmli məsələdir.

Medianews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bir neçə həftədir ki, bunun üzərində işlər aparılır, dünya təcrübəsi öyrənilir:

“Bildiyimiz kimi, müxtəlif ölkələrdə virus müxtəlif cür yayılır. Digər bir amil isə rəqəmlərin dəyişməsidir, bu gün bir qərar veririk, amma növbəti gün rəqəmlər dəyişir.

Tədrisin bərpası ilə bağlı müzakirlər gedir, böyük bir heyət yaradılıb. Növbəti həftələrdə bununla bağlı brifinq keçiriləcəkdir”.


Рейтинг@Mail.ru