Azərbaycanlı idmançı Gürcüstanda federasiya prezidenti oldu



Nəşr edilib: 7:29 08/08/2020 Baxış sayı: 174
Müəllif:

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonundan olan idmançı Faiq Məmmədov Gürcüstan Kikboksinq və Karate Federasiyasının prezidenti təyin edilib.

APA xəbər verir ki, 43 yaşlı idmançı daha əvvəl Gürcüstan Taekvando Federasiyasının vitse-prezidenti olub, həmçinin, özünün təsis etdiyi Sayokan Federasiyasına rəhbərlik edib.

O, yeni yarışlar keçirməyi düşündüyünü və gənc idmançıları yüksək səviyyəli yarışlara çıxaracağını bildirib.

Qeyd edək ki, 31 illik peşəkar idmançı karyerasına malik F.Məmmədovun yetirmələri arasında dörd Dünya çempionu, bir Avropa çempionu var.


Рейтинг@Mail.ru