Tanınmış iş adamının oğlu Britaniya parlamentində təmsil olunacaq



Nəşr edilib: 19:55 01/08/2020 Baxış sayı: 751
Müəllif:

Rusiyalı iş adamı Aleksandr Lebedevin oğlu Yevgeni Lebedev Britaniya parlamentinin yuxarı – Lordlar Palatasında təmsil olunacaq.

TASS xəbər verir ki, bu barədə Kraliça II Yelizaveta tərəfindən təsdiqlənən siyahıda qeyd edilir.

Siyahıda Britaniyanın “The İndependent” və “Evening Standart” qəzetlərini yayımlayan şirkətin sahibi Yevgeni Lebedev də daxil olmaqla, 36 ad yer alıb.

Ölkənin Baş naziri Boris Conson onu bu mövqeyə tövsiyə edib. Yevgeni Lebedev Lordlar Palatasında müstəqil üzv olacaq, yəni heç bir siyasi qüvvəni təmsil etməyəcək.

Onunla yanaşı, siyahıya keçmiş Britaniya Baş naziri Tereza Meyın əri Filip Mey, hazırkı Baş nazir Boris Consonun kiçik qardaşı və keçmiş təhsil nazirinin müavini Co Conson, Marqaret Tetçerin bioqrafı Çarlz Mur da daxil edilib.


Рейтинг@Mail.ru