Rusiyada yaşayan azərbaycanlı bloqer: “Heç kəs bizi doğma torpaqlarımızdan məhrum edə bilməz” – FOTO



Nəşr edilib: 23:12 16/07/2020 Baxış sayı: 1882
Müəllif:

Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer Hüseyn Həsənov son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuz hərbçilərimizin fotosunu paylaşıb.

Oxu.Az xəbər verir ki, o, “Instagram” hesabındakı paylaşımına bu şərhi yazıb:

“Mənim adım Hüseyn Həsənov və mən azərbaycanlıyam. Çox təəssüf ki, Vətənimin sərhədində münaqişə qızışıb, nəticədə hərbçilər və dinc sakinlər həlak olub: kiminsə atası, əri, qardaşı, oğlu.

Mən hər zaman istənilən aqressiyaya qarşı olmuşam və olacaq, sizi də buna çağırıram. Hər birimizin uzun və xoşbəxt həyatımızı davam etdirmək üçün imkanımız olmalıdır! Və heç kəsin bizi doğma evimizdən və doğma torpaqlarımızdan məhrum etmək hüququ yoxdur!

İndi ölkədə baş verənlər izaholunmaz ağrı gətirir. Mən vətənim Azərbaycanı çox sevirəm və ümid edirəm ki, yaxın vaxtlarda hər şey arxada qalacaq, sülh olacaq.

Şəhid olan əsgər və zabitlərin ailələrinə başsağlığı verirəm!”


Рейтинг@Mail.ru