Polad Həşimov II Fəxri Xiyabanda dəfn olunacaq



Nəşr edilib: 19:27 14/07/2020 Baxış sayı: 701
Müəllif:

Səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimovun cənazəsi doğulduğu Qəbələnin Vəndam kəndinə aparılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhidin bacısı Arzu xanım məlumat verib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədovun sözlərinə görə, Polad Həşimovun cənazəsi sabah Bakıya gətiriləcək və II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Polad Həşimov Qarabağ döyüşlərində həlak olan ilk generaldır.

Polad Həşimov II Fəxri Xiyabanda dəfn olunacaq

Şəhid Polad Həşimovun bacısı


Рейтинг@Mail.ru