Daha bir həkim koronavirusdan vəfat etdi



Nəşr edilib: 20:51 13/07/2020 Baxış sayı: 1372
Müəllif:

Gəncədə daha bir həkim koronavirusdan dünyasını dəyişib.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə məlumatı həkimin kolleqaları sosial şəbəkədə paylaşıb. Bildirilib ki, Gəncə şəhərində fəaliyyət göstərən uşaq nevroloqu Kəmalə Dəhqani virus səbəbindən vəfat edib:

“Biliyini bölüşməyi bacaran, gözəl insan, çöhrəsindən təbəssüm əskik olmayan zəhmətkeş ana, qayğıkeş nənə Kəmalə xanımı itirdik. Allah rəhmət etsin, ailəsinə səbr versin!”


Рейтинг@Mail.ru