Azərbaycan şəhidi ilə vidalaşdı – YENİLƏNİB + FOTO/VİDEO



Nəşr edilib: 13:10 13/07/2020 Baxış sayı: 142
Müəllif:

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan çavuşu Sadıqov Vüqar Lətif oğlu torpağa tapşırılıb.

Oxu.Az xəbər verir ki, şəhidimiz Ağstafa rayonu Yuxarı Göcəli kəndində dəfn edilib.

Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan çavuşu Sadıqov Vüqar Lətif oğlu ilə vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, şəhidlə vida mərasimi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndindəki evində keçirilir.

Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və digər dövlət qurumlarının rəsmiləri iştirak edir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.


Рейтинг@Mail.ru