ABŞ-da növbəti dəfə “Corc Floyd hadisəsi” baş verib – VİDEO



Nəşr edilib: 12:55 13/07/2020 Baxış sayı: 131
Müəllif:

Ötən gün ABŞ-da qaradərili vətəndaşın saxlanılması zamanı polisin boğucu fənddən istifadə etməsi yeni narazılıqlara səbəb olub.

İnsident barədə “The Sun” nəşri məlumat yayıb.

Hadisə Pensilvaniya ştatının Allentaun şəhərində qeydə alınıb.

Şahidlər bildirib ki, üç polis əməkdaşı qaradərili vətəndaşı yerə yıxıb, onlardan biri isə ayağı ilə tutulan şəxsin boynunu asfalta sıxaraq, qoluna qandal vurub.

Öz növbəsində, hüquq-mühafizə orqanları hadisəni şərh edib. Rəsmi məlumata əsasən, qanunu pozan şəxs polisin tələblərinə məhəl qoymayıb, onlara müqavimət göstərib.


Рейтинг@Mail.ru