“Azərreyl” ikinci amerikalını transfer etdi – FOTO



Nəşr edilib: 7:40 07/07/2020 Baxış sayı: 2469
Müəllif:

“Azərreyl” klubu daha bir amerikalı voleybolçunu heyətinə qatıb.

Oxu.Az xəbər verir ki, Çağırış Kubokunda ölkəmizi təmsil edəcək Azərbaycan çempionu amerikalı Naya Kritendeni transfer edib.

Bu ay 25 yaşını qeyd edəcək Kritenden əvvəl ölkəsində “Oreqon Yuniversiti” (2013-2015) və “İllinoys Yuniversiti”də (2015-2017) oynayıb. Daha sonra onun legioner karyerası bu ardıcıllıqla davam edib: “Giqantes de Karolina” (Puerto-Riko, 2016/17), “Qolden Tulip” (İtaliya, 2016/17), UTE (Macarıstan, 2018/19), “Voleybol Franşe-Montanye” (İsveçrə, 2019/20).


Рейтинг@Mail.ru