Bakıda polislərin qadını məcburən maşına mindirməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO



Nəşr edilib: 18:05 06/07/2020 Baxış sayı: 4168
Müəllif:

Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsinin əks olunduğu görünütülər yayımlanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ barədə araşdırma aparılıb.

Bildirilib ki, fakt 1 ay əvvəl – iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib:

“Buna baxmayaraq, B.M-nın bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub”.


Рейтинг@Mail.ru