Moskva sakininin 450 min avroluq saatını zorla aldılar



Nəşr edilib: 7:48 04/07/2020 Baxış sayı: 660
Müəllif:

Musavat. com xəbər verir ki, adı gizli saxlanılan Moskva sakinin başına görünməz iş gəlib.

Oğurluq Moskva kimi böyük meqopolislərdə adi hadisə olsa da, bu dəfə oğurlanan adi əşya deyil. Məlumatda deyilir ki, polisə müraciət edən şəxs deyib ki, təxminən yarım milyon avro dəyərində olan saatı oğurlanıb. Məlumata görə, polis təəəcüblənsə də, zərərçəkənin ifadəsini yoxlamağa başlayıb.

Zərərçəkən deyib ki, iyulun 3-də Masterovoy küçəsində iki naməlum şəxs onu döyərək bahalı saatını zorla alıblar. Zərəçəkən saatın qiymətinin 450 min avro olduğunu deyib. Məlum olub ki, həmin şəxs internetdə bu saatların satışı üçün bir reklam yerləşdirdikdən sonra quldurların qurbanı olub. “Alıcılar” ilə görüşə gəldiyini zənn edərək soyğunçuluqla üzləşib.


Рейтинг@Mail.ru