Xüsusi karantin rejimi daha iki həftə uzadıla bilər



Nəşr edilib: 18:51 30/06/2020 Baxış sayı: 821
Müəllif:

“Oprativ Qərargah ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevnın xüsusi diqqəti altında fəaliyyət göstərir”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirus müharibədir və davam edir: “5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər vardır. Bununla bağlı da məlumat veriləcək. Fikir ondan ibarətdir ki, karantin rejimi uzadılsın”.


Рейтинг@Mail.ru