Ramin Bayramlı istefa verib?- TƏBİBDƏN AÇIQLAMA



Nəşr edilib: 18:52 30/06/2020 Baxış sayı: 1432
Müəllif:

“Ramin Bayramlının istefa verməsi barədə yayılan məlumatlar doğru deyil”

Musavat.com xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, Ramin Bayramlı iş başındadır:

“Bu gün koronavirusla mübarizə üçün başqa bir layihə ilə bağlı məşğuldur. İşlər gərgin olduğu üçün Ramin Bayramlı mətbuat konfranslarında iştirak edə bilmir. Burada başqa bir səbəb yoxdur. O “REACT” layihəsi çərçivəsində işlərlə ciddi məşğuldur. Tibb müəssisələrinə monitorinqlər həyata keçirilir və o, şəxsən özü bu işə nəzarət edir”,-deyə Qarayeva bildirib.


Рейтинг@Mail.ru