Bakıda kişi tanışının rəfiqəsinə təcavüz etmək istədi



Nəşr edilib: 20:56 26/06/2020 Baxış sayı: 1611
Müəllif:

Bakının Binəqədi rayonunun polis əməkdaşları tərəfindən təcavüzə cəhd hadisəsi qeydə alınıb.

Oxu.Az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü yerli sakin Q.C. 1976-cı il təvəllüdlü Gədəbəy rayon sakini İ.H.-nın təcavüzünə uğrayıb.

Zərərçəkmiş ifadəsində 24 iyun, saat 20:30 radələrində onunla eyni binada yaşayan 1994-cü il təvəllüdlü rəfiqəsi A.Ə.-nın evinə qonaq gedib. Bu vaxt İ.H. da mənzildə olub. Bir az söhbət edəndən sonra kişi qonağa hücum edərək, onu zorlamağa çalışıb. Ancaq sonuncu müqavimət göstərərək, onun əlindən xilas ola bilib.

Hələlik faktla bağlı həbs olunanlar yoxdur.

Qeyd edək ki, ayın əvvəlindən bu vaxta qədər paytaxtda üç təcavüz hadisəsi baş verib.


Рейтинг@Mail.ru