Azərbaycanda dəhşətli faciə: 4 yaşlı uşaq avtomobildə yanaraq öldü – FOTO



Nəşr edilib: 16:53 24/03/2020 Baxış sayı: 171
Müəllif:

Azərbaycanda dəhşətli faciə: 4 yaşlı uşaq avtomobildə yanaraq öldü - FOTO

Ucar rayonunda bədbəxt hadisə baş verib.

Medianews.az “Report”a istinadla xəbər verir ki, hadisə Təzə Şilyan kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda dəhşətli faciə: 4 yaşlı uşaq avtomobildə yanaraq öldü - FOTO

Azərbaycanda dəhşətli faciə: 4 yaşlı uşaq avtomobildə yanaraq öldü - FOTO

Azərbaycanda dəhşətli faciə: 4 yaşlı uşaq avtomobildə yanaraq öldü - FOTO


Рейтинг@Mail.ru