Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib



Nəşr edilib: 14:27 20/03/2020 Baxış sayı: 20
Müəllif:

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Medianews.az xəbər verir ki, təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm.

Bütün xalqımızı bayram münasibətilə səmimi qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”


Рейтинг@Mail.ru