Bakıda görmə məhdudiyyətli DJ hər kəsi təəccübləndirir – VİDEO



Nəşr edilib: 12:20 19/03/2020 Baxış sayı: 100
Müəllif:

Bakıda görmə məhdudiyyətli DJ hər kəsi təəccübləndirir - VİDEO

Anar Nəbi 1994-cü ildə Bakı şəhərində dünyaya gəlib.

Uşaq yaşlarından istedad və bacarığını görən ailəsi onun şahmatçı olmasını istəyib və onu şahmat məktəbinə yazdırıblar.

Anarın isə incəsənətə olan həvəsi tükənmirdi. Kiçik yaşlarından gözlərində problem yaranmağa başlayıb. Həmin vaxtdan 15 yaşlı yeniyetməni ailəsi həkim müayinəsinə aparırdı.

Anarın dediyinə görə, o, hər gün saat 9:00-dan 18:00-dək sanki xəstəxanada işləyirmiş kimi ora gedir, amma heç bir nəticə görmürdü. Özünün dediyinə görə, elə həkim səhlənkarlığı nəticəsində onun gözləri tutulur. Anar gözlərinin nurunu itirsə də, ümidini itirmir, təhsilini davam etdirir. İstedadı, həyat eşqi onu irəliyə aparır.

Məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. Artıq həyatında yeni dönəm başlayır. Dediyinə görə, bir neçə tədbirdə aparıcılıq edir. Beləliklə, bu həvəs və istedad onda radio sahəsinə qarşı sevgi yaradır. Nəhayət, Anar bir neçə radioya iş üçün müraciət edir.

Gözlərinin görmədiyi üçün o, hər dəfə radio rəhbərlərindən “yox” cavabı alır. Amma Anar ümidini itirmirdi. O, məqsədinə çatmaq üçün mübarizə aparırdı. Anarın sözlərinə görə, ona əməkhaqqı verməsələr də, ilk iş yeri internet radiosunda baş tutur. Amma Anar daha böyük hədəfə çatmaq istəyirdi.

Bir təsadüf nəticəsində o, space 104FM radiosuna gəlir və prodüser vəzifəsində çalışmağa başlayır. Onun bacarığını görən rəhbərlik Anara həftəiçi 5 gün idman verilişini həvalə edir. Bu veriliş radiolar içində yeganə idman verilişidir. Anar bu işin öhdəsindən uğurla gəlir. Hər onu kəs dinləyir və sevir. Amma dinləyicilər bu möhtəşəm səs sahibinin gözlərinin görməməsindən xəbərsizdirlər.

Anar fiziki məhdudiyyəti olan insanlara edilən diqqətdən narazıdır. Onun sözlərinə görə, bu gün görmə məhdudiyyəti, fiziki məhdudiyyəti olan hər kəs işlə təmin olunmalıdır. Əgər normal insana bu gün aldığı əməkhaqqı çatmırsa, fiziki məhdudiyyəti olanlardan danışmağa dəyməz. Anar işləmək potensialının daha artıq olduğunu deyir.

Gözlərinin görmədiyini bəhanə gətirib ona dəstək olmayan insanlardan gileylənir. Bir çox televiziya kanalları, saytlar Anarı işıqlandırmaq istəsə də, o, buna razı olmayıb. Anarın həyat hekayəsini ilk dəfə olaraq BAKU TV-nin xüsusi buraxılışında izləyəcəksiniz.


Рейтинг@Mail.ru