SOCAR-dan benzinin qiymətinin ucuzlaşması ilə bağlı – AÇIQLAMA



Nəşr edilib: 14:16 13/03/2020 Baxış sayı: 96
Müəllif:

SOCAR-dan benzinin qiymətinin ucuzlaşması ilə bağlı - AÇIQLAMA

“Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı benzin qiymətlərinin ucuzlaşması dünya bazarlarında neft qiymətlərinin azalması ilə əlaqədardır”.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, həmin markalar Azərbaycanda istehsal olunmur və xaricdən idxal edilir:

“Azərbaycanda istehsal olunan və geniş tələbat olduğu üçün qiymətləri Tarif Şurası tərəfindən nizamlanan Aİ-92 markalı benzin, dizel və aviasiya yanacağından fərqli olaraq “Premium Euro-95” və “Super Euro-98” benzinlərinin qiyməti neft qiymətlərinin dəyişməsindən asılıdır.

Ona görə də dünya bazarlarında neftin ucuzlaşması ilə əlaqədar həmin markaların Azərbaycana tədarükü daha ucuz başa gəlir”.


Рейтинг@Mail.ru