Bakıda müşahidə olunan dumanın səbəbi açıqlandı



Nəşr edilib: 7:15 13/03/2020 Baxış sayı: 62
Müəllif:

“Bu gün axşam saatlarından başlayaraq Respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur”.

Bunu “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.

O qeyd edib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normadan bir qədər artıqdır.

Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir.


Рейтинг@Mail.ru