11 yaşlı oğlan anasının ölümündən 4 il sonra özünü asdı – Azərbaycanda ŞOK HADİSƏ



Nəşr edilib: 18:09 11/03/2020 Baxış sayı: 147
Müəllif:

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Medianews.az Publika.az-a istinadla xəbər verir ki, rayonun Sarxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S. özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib.

Onun asılı vəziyyətdə qalan meyitini ailə üzvləri aşkar ediblər.

Bildirilir ki, intihar edən 11 yaşlı oğlanın anası 4 il əvvəl vəfat edib. O, orta məktəbin 4-cü sinfində oxuyurmuş.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Рейтинг@Mail.ru