“Menecerim mənə təcavüz edib” – Sevinc polisə şikayət etdi



Nəşr edilib: 17:33 10/03/2020 Baxış sayı: 387
Müəllif:

Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova təcavüzə uğradığını deyərək, şikayət edib.

Axşam.az xəbər verir ki, bu haqda türk mediası məlumat yazıb. Bildirilib ki, Sevinc meneceri tərəfindən təzavüzə məruz qalıb.

Karyerasına Türkiyədə davam etmək istəyən müğənni Levent M.-lə çalışmağa başlayıb. O, həmin şəxsin ona təcavüz etdiyini və sonra şantaja əl atdığını deyib. Polisə gedən Ağaşirinova şikayət ərizəsi yazıb.

Polis hazırda Levent M.-lə bağlı araşdırmaya başlayıb.

Hadisənin 2 il əvvəl baş verdiyi vurğulanıb. Onlar 5 ay birlikdə işləyiblər. Daha sonra Levent Sevincə ondan xoşu gəldiyini deyib və evlənmək istədiyini bildirib. O, “yox” cavabı aldığı halda onu Azərbaycanda biabır etməklə, Türkiyədə qalmasına imkan verməməklə, öldürməklə şantaj edib. Sevinc polisə Azərbaycandakı evini satıb, Leventə 300 min lirə verdiyini açıqlayıb.

Sevincin şikayəti əsasında Leventin 5 il həbs cəzası istənilib. Məhkəmə yaxın günlərdə qərar çıxaracaq.


Рейтинг@Mail.ru