Bakıda mağazada fırıldaqçılıq: Kassiri belə aldatdı – VİDEO



Nəşr edilib: 11:04 10/03/2020 Baxış sayı: 98
Müəllif:

Bakıda mağazada fırıldaqçılıq: Kassiri belə aldatdı - VİDEO

Bakıda yerləşən mağazalardan birində müştəri kassiri aldadıb.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda yerləşən mağazalardan birində baş verib. Müştərilərdən biri kassirə yaxınlaşaraq, pul xırdalamaq istədiyini deyib.

O pulu kassirə tərəf uzatsa da, sonra cibinə qoyub. Pulu təqdim etdiyini deyərək, müştəri kassir xanımdan təkidlə xırdalamasını istəyir. Mağazada müştəri çox olduğuna görə, kassirin diqqəti yayınıb və o, almadığı pulu həmin şəxsə xırdalayaraq “geri” qaytarıb.

Həmin anlar anbaan mağazanın təhlükəsizlik kameralarına düşüb.


Рейтинг@Mail.ru