Salyanda 38 yaşlı kişini qonşusu döydü



Nəşr edilib: 7:12 09/03/2020 Baxış sayı: 78
Müəllif:

Salyanda döyülmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Noxudlu kəndində qeydə alınıb.

Kənd sakini, 1982-ci il təvəllüdlü Novruzov Rüfət Əli oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, R. Novruzov qonşusu tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.


Рейтинг@Mail.ru