Məşhur aktrisa əri ilə ilk görüşündən danışdı: “Əsl zibil olduğunu düşünürdüm”



Nəşr edilib: 8:00 05/03/2020 Baxış sayı: 644
Müəllif:

“Game of Thrones” (“Taxt oyunları”) serialı ilə bütün dünyada məşhurlaşan aktrisa Sofi Törner həyat yoldaşı Co Conasla tanış olmadan əvvəl onun “əsl zibil” olduğunu düşündüyünü deyib.

“Haber Global”ın məlumatına görə, bu barədə aktrisa “Elle” nəşrinə müsahibəsi zamanı bildirib.

“Game of Thrones” serialında “Sansa Stark” obrazını canlandıran Törner müsahibə zamanı həyatda da “soyuq insan” olduğunu etiraf edib.

Törner həmçinin həyat yoldaşı Co Conasla tanış olmalarının hekayəsini də danışıb. İngilis aktrisa Conasla tanış olmadan əvvəl ona qərəzli yanaşdığını və onun “əsl zibil” olduğunu düşündüyünü söyləyib.

Heç bir zaman “Jonas Brothers” qrupunun böyük bir azarkeşi olmadığını dilə gətirən Törner həyat yoldaşı ilə ilk görüşə də dostları ilə gəldiyini açıqlayıb. Aktrisa bunun səbəbinin özünü təhlükəsizlikdə hiss etmək istəyi olduğunu qeyd edib.

Londonda bir barda görüşdüklərini söyləyən 24 yaşlı aktrisa Conasın görüşə cangüdənləri ilə gələcəyini zənn edib.

“Ondan nifrət edirdik”, – aktrisa bildirib.


Рейтинг@Mail.ru