Xatirə sirrini açıqladı: “Yalnız tanımadıqlarıma ödənişlidir” – VİDEO



Nəşr edilib: 14:14 04/03/2020 Baxış sayı: 462
Müəllif:

Xatirə sirrini açıqladı: “Yalnız tanımadıqlarıma ödənişlidir” - VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Xatirə İslam olub.

Müğənni gözəl görünməsi üçün 1 manat belə pul vermədiyini etiraf edib:
“Özüm özümü gözəlləşdirmək istəsəm, saç və makiyajım üçün cəmi 15 dəqiqə bəsdir. Ona görə çox xoşbəxtəm. Makiyaja, saça ödəniş etmirəm. Simam dəymir ona? Salonlar məni makiyaj etmək üçün pul verir. Tanımadığım salonlarda bəzənmirəm, yalnız və yalnız ödənişli, başqa söhbət ola bilməz”.

Xatirə İslam qız anası olmaq arzusundan söhbət açıb: “Yaxın aylarda, İnşallah ki, fikrimizdə elə bir şey var. Hələ ki, yoxdur. Bu, elə xəbərdir ki, onu gizlətmək olmaz”.


Рейтинг@Mail.ru