Vasif Məhərrəmli: “Xatirənin əri daha yaxşı qadına layiqdir” – VİDEO



Nəşr edilib: 18:03 04/03/2020 Baxış sayı: 242
Müəllif:

Vasif Məhərrəmli:

Vasif Məhərrəmli Xatirə İslamla aralarında sevgi münasibətinin olmadığını bildirib.

BAKU.WS xəbər verir ki, Əməkdar artist lent.az-a müsahibəsində duet ortağının həyat yoldaşı Fəxrəddin bəylə dost olduğunu, hətta Xatirəni ona yaraşdırmadığını bildirib:
“Xatirə ilə dostuq, aramızda ancaq dostluq münasibətləri var. Mən də ailəliyəm, o da. Xatirənin gözəl həyat yoldaşı var. Fəxrəddinin savadına, dünyagörüşünə heyranam. Bir neçə dil bilir. Buna qibtə edirəm. Yeri gələndə, Xatirəni ona yaraşdırmıram.

Düzünü bilmək istəyirsinizsə, Fəxrəddin daha yaxşısına layiqdir. Xatirə inciməsin. Ona hər zaman o barədə bəxtəvərlik verirəm. Deyirəm, get gecə-gündüz dua et ki, qarşına belə insan çıxıb: saf, təmiz, ağıllı, savadlı”.


Рейтинг@Mail.ru