Kişini əvvəl döydülər, sonra saçına od vurdular – VİDEO



Nəşr edilib: 12:50 04/03/2020 Baxış sayı: 460
Müəllif:

Bir qrup yeniyetmə içkili şəxsi döyüb. Səsə gələn qonşu əvvəl polis çağırıb. Sonra isə o, yeniyetmələrin gözü qarşısında kişinin saçını yandırıb.

“Onlayn Voloqda”nın məlumatına görə, hadisə Rusiyada qeydə alınıb.

Görüntülər binanın girişinə quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.

Kadrlardan görünür ki, bir qızdan və oğlanlardan ibarət dəstə divarlardan tuta-tuta gedən içkili kişini təpikləyirlər. O, bir neçə dəfə liftin yanında yerə yıxılır.

Bir müddət sonra qonşu mənzildən bir gənc çıxaraq polisləri çağırır. O, polislərin gözü qarşısında içkili kişini bir neçə dəfə vurur və saçlarını yandırır.

Baş verənlərlə bağlı araşdırma aparılır.


Рейтинг@Mail.ru