Azərbaycanlı modeldən etiraf: Bu xəstəlikdən əziyyət çəkirmiş – FOTO



Nəşr edilib: 13:10 04/03/2020 Baxış sayı: 244
Müəllif:

Azərbaycanlı modeldən etiraf: Bu xəstəlikdən əziyyət çəkirmiş - FOTO

“İlk dəfə həkimə getdiyim vaxtı çox yaxşı xatırlayıram. Həmin vaxt anam diaqnozu eşidəndə ağlamışdı. Hətta elə bildim ki, hansısa ölümcül xəstəlikdən əziyyət çəkirəm. Skalioz çoxlu problemlər və komplekslər yaradır. Amma bu xəstəliklə ömür boyu yaşaya bilərsən”.

Oxu.Az xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan “Ruslana Gee” ləqəbi ilə tanınan azərbaycanlı model, “fashion” bloqer Ruslana Cavadova “Instagram” hesabında paylaşıb.

O, bu xəstəlikdən əziyyət çəkdiyini ilk dəfə etiraf edib və hansı problemlərlə qarşılaşdığını söyləyib:

“Xəstəlik hansı problemlər yaradır? Uzun müddət gəzə və ayaq üstə qala bilmirəm. Çünki belim ağrıyır və tez yoruluram. Bəzən ağrıdan hərəkət edə bilmirəm. Xoşbəxtlikdən bu, çox az hallarda baş verir. Bir çiynim digərindən aşağıdır. Əgər bu xəstəlik olmasaydı, mən daha da ucaboy olardım.

Mənim vəziyyətimdə əməliyyat aparıla bilməz. Yaş keçdikcə skaliozun sağlığıma necə təsir edəcəyini təxmin etmək də çətin deyil. Hazırda skaliozdan müalicə almıram”.


Рейтинг@Mail.ru