Bakıda piyada keçidində dəhşətli qəza – VİDEO +18



Nəşr edilib: 14:12 03/03/2020 Baxış sayı: 151
Müəllif:

Bakıda nizamlanmayan piyada keçidindən qaçaraq keçən kişini avtomobil vurub.

Medianews.az “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib. Belə ki, nizamlanmayan piyada keçidindən qaçaraq keçən kişini “Mercedes” markalı avtomobilin sürücüsü vurub. Sürücü son anda sükanın istiqamətini qaçırmağa çalışsa da qəzadan xilas ola bilməyib.

Hadisəni şəhr edən ekspert Elməddin Muradlı hesab edir ki, burada əsas günah sürücüdə olsa da piyada məsuliyyətsizliyi də var.

“Diqqətlə baxsanız, görərsiniz ki, piyada yolu keçən zaman həm qaçır, həm də avtomobilin gəldiyi istiqamətə baxmır. Eyni zamanda sürücü də piyada keçidinə yaxınlaşan zaman sürəti azaltmır.

Çünki onun piyadanı görməsi üçün kifayət qədər məsafəsi olub. Amma sürət yüksək olduğu üçün avtomobili saxlaya bilməyib”.

Bakı Şəhər Dövlət Yol polisi İdarəsinin bölmə rəisi, polis Polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, nizamlanmayan piyada keçidlərində sürücülər piyadalara yol verməlidir.

“Təəssüf ki, çox zaman sürücülər bu qaydanı pozur. Nəticədə ağır fəsadlara səbəb olan qəzalar baş verir. Eyni zamanda piyadalar da diqqətli olmalıdırlar.

Qanunvericiklikdə də deyilir ki, piyada avtomobilin ona yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidir”.


Рейтинг@Mail.ru