Mərcdə uduzdu, polis kamerası ilə maraqlı oyun oynadı – VİDEO



Nəşr edilib: 17:12 21/02/2020 Baxış sayı: 160
Müəllif:

Dövlət qeydiyyat nişanını əlinə götürüb, qırmızı işıqda keçən gənc cərimələnib.

REN TV-nin məlumatına görə, gülməli hadisə Rusiyanın Stavropol şəhərində qeydə alınıb.

Bildirilir ki, gənc yolun hərəkət hissəsindən əlində nişanla keçib və qırmızı işıqda dayanmayıb. Təbii ki, kamera bunun zarafat olduğunu anlaya bilməyib və hadisəni qanun pozuntusu kimi qeydə alıb.

Polislər zarafatcıl gənci artıq saxlayıblar. O, qırmızı işıqda keçdiyinə görə yox, nəqliyyatın hərəkət hissəsindən keçdiyi üçün cərimələnib.

Kişi bu işi mərcdə dostlarına uduzduğu üçün etdiyini bildirib.

Oxu.az


Рейтинг@Mail.ru