Günəşlidə 32 yaşlı qadın bıçaqlandı



Nəşr edilib: 7:30 17/02/2020 Baxış sayı: 55
Müəllif:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu, Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, 1988-ci təvəllüdlü Əliyeva Gülnar Qabil qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib. Müayinə zamanı onun bədənində çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

Yaralı dərhal əməliyyat olunub, vəziyyəti ağırdır.

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.


Рейтинг@Mail.ru