Neymar Messi və Mbappedən danışıb



Nəşr edilib: 6:21 06/02/2020 Baxış sayı: 63
Müəllif:

PSJ klubunun braziliyalı hücumçusu Neymar “Barselona”nın forvardə hücumçusu Lionel Messi, həmçinin Kiliane Mbappe haqqında fikirlərini bölüşüb.

“Report”un məlumatına görə, Neymar Messi ilə münasibətlərinin əla olduğunu deyib.

“Messinin yanında oyun unikal təcrübə idi. Biz birlikdə çıxış edərək dost olduq. Messi gördüklərim arasında ən yaxşı futbolçudur”, – deyə Neymar bildirib.

Neymar Mbappeni əsl fenomen adlandırıb: “Onun tarixdə ən yaxşı oyunçulardan biri olmaq üçün potensialı var. Bir komandada onunla oynamaq – böyük şərəfdir. Biz bir-birimizi meydanda və onun hüdudları xaricində əla anlayırıq. Mən onu sevirəm”.

Neymar bildirib ki, ən yaxşı mükafat komandanın qələbəsidir. “Mən hər gün inadla məşq edirəm ki, daha yaxşı olum. Həmişə fərdi və kollektivlə birlikdə inkişaf etməyə çalışıram. Əgər bir dəfə mən şəxsi mükafatı alsam, bu, mənim işimin nəticəsi olacaq”, – deyə futbolçu əlavə edib.


Рейтинг@Mail.ru