Bakıda üç nəfər taksi sürücüsünü bıçaqladı



Nəşr edilib: 7:30 31/01/2020 Baxış sayı: 39
Müəllif:

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.

Üç nəfər naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan 26 yaşlı Malik Qəhrəmanovun avtomobilini saxlatdırıb.

Daha sonra sərnişinlərdən biri onu bıçaqla vurub. İlkin məlumata görə, həmin şəxslər sürücüyə qarşı xuliqanlıq etmək istəyib.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


Рейтинг@Mail.ru