Bakıda qardaş bacısını bıçaqladı



Nəşr edilib: 8:00 31/01/2020 Baxış sayı: 70
Müəllif:

Nəsimi rayonunda ailə-məişət zəmnində bıçaqlanma hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, insident Cavadxan küçəsində qeydə alınıb.

Kişi mübahisə zamanı bacısı, 1995-ci il təvəllüdlü Arzu İbrahimovaya bıçaqla xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.


Рейтинг@Mail.ru