Erməni qaydasız döyüşçü azərbaycanlı idmançı ilə döyüşə çıxmaqdan qorxdu – FOTO



Nəşr edilib: 13:20 29/01/2020 Baxış sayı: 152
Müəllif:

Rusiyanı təmsil edən erməni əsilli idmançı Eduard Vartanyan azərbaycanlı rəqibi Nəriman Abbasovla döyüşməkdən imtina edib.

BAKU.WS xəbər verir ki, bu barədə N. Abbasov İnstaqram səhifəsində paylaşım edib.

“Eduard Vartanyan qorxub və mənimlə döyüşməkdən imtina edib. O, özü məni döyüşə çağırmışdı və mən də tərəddüd etmədən razılaşmışdım. İndi rəsmi danışıqlar zamanı geri çəkilib. Çempion titulunu müdafiə etmək üçün başqa bir namizədin təyin olunmağını gözləyirəm”, – deyə azərbaycanlı qaydasız döyüşçü qeyd edib.

Xatırladaq ki, Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov yüngül çəkidə “Fight Night Global” beynəlxalq MMA təşkilatının tituluna və kəmərinə yiyələnib.


Рейтинг@Mail.ru