Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi



Nəşr edilib: 7:50 22/01/2020 Baxış sayı: 271
Müəllif:

Məşhur rusiyalı döyüşçü Aleksandr Yemelyanenko kurortda sərxoş halda etdiyi davaya görə saxlanılıb.

“Kubanskiye novosti”nin verdiyi məlumata görə, hadisə “Sport” istirahət mərkəzində baş verib. Mənbə qeyd edir ki, idmançı sərxoş olub və özünü qeyri-adekvat aparıb.

Onun haqqında xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib. İdmançı yeddi gün müddətinə həbs edilib.

Qeyd edək ki, 38 yaşlı döyüşçünün aktivində 28 qələbə, 7 məğlubiyyət və bir heç-heçə var.


Рейтинг@Mail.ru