Meyxanaçının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başlanıb



Nəşr edilib: 9:17 21/01/2020 Baxış sayı: 85
Müəllif:

Bakıda meyxanaçı Ələkbər Yasamallının bacısı oğlunun intiharı ilə bağlı cinayət işi başlanıb.

Medianews.az APA-ya istinadən xəbər verir ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, ötən gün paytaxt sakini 1999-cu il təvəllüdlü Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asıb.

Onu da qeyd edək ki, özünü asan Şamxal məşhur meyxanaçı Ələkbər Yasamallının bacısı oğludur və hərbi xidmətdən yeni qayıdıb.


Рейтинг@Mail.ru