Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu – FOTO



Nəşr edilib: 13:05 18/01/2020 Baxış sayı: 105
Müəllif:

Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu - FOTO

Abşeron rayonunda “İkoş” ləqəbli qadın narkotacir tutulub.

Medianews.az “report”a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub.

Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 5 qram heroin, 2 qram metodin kristal, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib.

O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

Onun məhkumluğunun olmadığı və cinayət əməlinə qardaşına görə qurşandığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu - FOTO

Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu - FOTO

Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu - FOTO

Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu - FOTO

Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu - FOTO

Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu - FOTO

Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu - FOTO

Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu - FOTO


Рейтинг@Mail.ru