Qadın keçmiş həyat yoldaşının mal-qarasını oğurladı



Nəşr edilib: 14:28 11/01/2020 Baxış sayı: 779
Müəllif:

Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan, 5 baş iri buynuzlu mal-qarasını oğurladığını bildirib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən BAKU.WS-in bölgə müxbirinə bildirilib.

Verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraqK proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyən edilərək sahibinə qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Рейтинг@Mail.ru